Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev sensasion açıqlama ilə çıxış edib.
Hafta.az xəbər verir ki, o, İranın “nüvə silahını” sınaqdan keçirdiyini açıqlayıb və bunun “Hörmüz” boğazı olduğunu xatırladıb.
Onun sözlərinə görə, Vaşinqtonla Tehran arasında əldə olunan atəşkəsin necə inkişaf edəcəyi hələ də qeyri-müəyyəndir.
“Amma bir şeyi dəqiq demək olar: İran öz nüvə silahını sınaqdan keçirdi. Onun adı Hörmüz boğazıdır”, – deyə Medvedev vurğulayıb.
Qeyd edək ki, ABŞ və İran iki həftəlik atəşkəs barədə razılığa gəlib. Razılaşmaya əsasən, atəşin dayandırılması ilə yanaşı, bu müddət ərzində Hörmüz boğazı da gəmiçilik üçün açıq saxlanılmalıdır. İsrail Vaşinqton və Tehran arasında əldə olunan razılaşmanı qəbul edib. Daha sonra İranın “Press TV” telekanalı İsrail və ABŞ-ı atəşkəsi pozmaqda ittiham edərək, Lavan adasındakı neft emalı zavoduna zərbə endirildiyini bildirib./globalinfo/